Modern.az

Türkiyəyə xilasedici göndərən ölkələrin SAYI

Türkiyəyə xilasedici göndərən ölkələrin SAYI

Dünya

8 Fevral 2023, 21:28

Türkiyədə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xilasetmə işlərinə 21 600 nəfər cəlb edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyəyə 66 ölkədən xilasedicilər gəlib və ya gələcəklər. Həmin ölkələrdən 4931 xilasedici artıq zəlzələ bölgəsində işləyir, 1756 nəfər isə tezliklə Türkiyədə olacaq.

 

F. Oktay bildirib ki, könüllü, QHT-lər, xarici xilasedicilər, yerli xilasetmə qrupları daxil olmaqla ərazidə ümumilikdə 103 mindən çox şəxs işləyir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər