Böyük Britaniyanın “Challenger 2” tankları mart ayında Ukraynaya gələcək.
"Biz qısa müddətdə Ukraynanı silahlandırmalıyıq, lakin uzunmüddətli perspektivdə Ukraynanı gücləndirməliyik. Ölkəniz hücuma qarşı bu qədər həssas ola bilməz", - Sunak vurğulayıb.
O qeyd edib ki, döyüş təyyarələrinin tədarükü artıq müzakirələrin tərkib hissəsidir. Sunak bildirib ki, Ukraynaya hərbi yardımla bağlı "hər şey mümkündür".