Modern.az

Aİ Türkiyə üçün donor konfrans keçirəcək

Aİ Türkiyə üçün donor konfrans keçirəcək

Dünya

8 Fevral 2023, 23:21

Avropa İttifaqı (Aİ) Türkiyə və Suriya üçün donor konfransı keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Komissiyası məlumat yayıb.

 

Rəsmi açıqlamada konfransın məqsədinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu bildirilib. Konfrans martın əvvəlində Brüsseldə keçirilə bilər.

 

Görüş Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər