Modern.az

BMT rəsmiləri zəlzələ bölgəsinə gedir

BMT rəsmiləri zəlzələ bölgəsinə gedir

8 Fevral 2023, 23:51

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələ bölgələrinə nümayəndə heyəti göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

 

O qeyd edib ki, BMT rəsmiləri yaxın günlərdə Türkiyəyə  səfər edəcəklər.

 

Fərhan Haqın sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə danışıqlar aparıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?