Modern.az

Ermənistanda 2-ci dəfə ombudsman əvəzi təyin olundu

Ermənistanda 2-ci dəfə ombudsman əvəzi təyin olundu

Dünya

9 Fevral 2023, 09:48

Ermənistanda ombudsman səlahiyyətlərinin icraçısı qismində ikinci dəfə kadr təyinatı gerçəkləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.

 

Bildirilib ki, bundan əvvəl cinayət mühakiməsi orqanları və silahlı qüvvələr sferasında insan hüquqları üzrə departamentin rəhbəri olmuş 28 yaşlı Qrant Cilavyan ombudsmanı əvəz etməyə başlayıb. Bu, ombudsmanın istefasından sonra ikinci əvəzedici təyinatıdır.

 

Lakin ilk ombudsman əvəzi olan mülki hüquqlar üzrə departamentin rəhbəri Vladimir Hovanisyanın vəzifədən nə vaxt və hansı səbəbdən kənarlaşdırıldığı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, sabiq ombudsman Kristine Qriqoryan Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat aldığı üçün ötən ay istefa vermişdi.

Bu xəbər ilə bağlı
Ermənistan üçün yeni ombudsman tapılmır
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər