Modern.az

Ukraynanın qələbəsi bütün Avropanın qələbəsidir - Zelenski

Ukraynanın qələbəsi bütün Avropanın qələbəsidir - Zelenski

Dünya

9 Fevral 2023, 14:50

"Ukraynanın qələbəsi bütün Avropanın qələbəsidir".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentindəki çıxışında deyib.

 

"Avropada və dünyada bütün insanlar - siyasətçilərdən və hərbçilərdən tutmuş tələbələrə və fəallara qədər - Ukrayna üçün heç olmasa nəsə bir iş görmüş, təkcə Ukrayna xalqının qələbəsinə yox, ümumi Avropa qələbəsinə öz töhfəsini vermişdir".

 

O, Avropa Parlamentinin deputatlarına və Avropa vətəndaşlarına Ukraynanın gücünə inandıqlarına görə təşəkkür edib.

 

"Müharibənin lap əvvəlində rus təcavüzkarları Ukraynanın müdafiəsini qırmağa çalışanda avropalılar Ukraynaya Aİ-yə namizəd ölkə statusu verməklə baş verənlərə münasibət bildiriblər. Bu, güclü dəstək jesti idi və Kiyev mümkün olan hər şeyi edəcək ki, heç kim Ukraynanın demokratiyanın ümumi prinsiplərini bölüşən müttəfiqlər arasında öz yerini layiqincə tuta bilən Avropa ölkəsi olduğuna şübhə etməsin", - deyə Zelenski əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər