Modern.az

Türkiyəyə ən çox xilasetmə qrupu göndərən ölkələr - SİYAHI

Türkiyəyə ən çox xilasetmə qrupu göndərən ölkələr - SİYAHI

Dünya

9 Fevral 2023, 16:04

Türkiyəyə ən çox axtarış-xilasetmə qrupu göndərən ölkələrin siyahısı açıqlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda 725 nəfərlik heyətlə Azərbaycan birinci yerdədir.

 

İsrail Türkiyəyə 450 nəfərdən ibarət axtarış-xilasetmə qrupu göndərən 2-ci ölkədir. Digər yerlərdə Fransa (204 nəfər) və Hindistan (201 nəfər) qərarlaşıb.

 

Qeyd edək ki, bu rəqəmlər zəlzələ bölgələrinə cəlb olunan və olunacaq axtarış-xilas etmə qrupunun sayını əks etdirir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər