Modern.az

Ermənistanın daha bir sabiq müdafiə nazirinə cinayət işi açıldı

Ermənistanın daha bir sabiq müdafiə nazirinə cinayət işi açıldı

Dünya

9 Fevral 2023, 16:43

2016-2018-ci illərdə Ermənistanın müdafiə naziri olmuş Viqen Sarkisyana qarşı cinayət işi qaldırılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, o, nazir olduğu dövrdə hərbi qeydiyyatda olmayan və hərbi xidmət keçməyən 29 nəfərə nazirlik xətti ilə mənzil verməkdə ittiham olunur. Bununla V.Sarkisyanın dövlətə külli miqdarda maddi ziyan vurduğu qeyd edilib.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə nazirləri olan David Tonoyan və Seyran Ohanyanın işi ilə bağlı da hüquqi araşdırmalar gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər