Modern.az

Ən azı 1 aylıq maaşınızı bağışlayın - Spikerdən deputatlara çağırış

Ən azı 1 aylıq maaşınızı bağışlayın - Spikerdən deputatlara çağırış

Dünya

9 Fevral 2023, 17:22

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deputatlara çağırış edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şentop parlamentariləri zəlzələ ilə bağlı yardım kampaniyasına qoşulmağa çağırıb.

 

"Ən azı 1 aylıq maaşınızı AFAD-a (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi nəzərdə tutulur - red.) köçürün", - deyə spiker söyləyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər