Modern.az

Kiyevdə partlayış oldu - 3 ölü, 6 yaralı

Kiyevdə partlayış oldu - 3 ölü, 6 yaralı

9 Fevral 2023, 21:26

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb.

 

Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal