Türkiyənin "Anadolu" agentliyinin müxbiri Burak Milli, həyat yoldaşı və 5 aylıq körpəsi zəlzələ zamanı həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, onlar Hatayın İskenderun bölgəsində yaşadıqları binada dağıntılar altında qalıblar. Axtarış-xilasetmə qrupları jurnalist və ailəsinin cəsədlərini çıxarıb.
Akif İsmayılov