Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.
Modern.az xəbər verir ki, bu barədə "İravunk" nəşri yazıb.
Bildirilib ki, Papikyan istefaya göndəriləcək və diplomatik xidmət sahəsində yeni vəzifəyə təyin olunacaq: "Suren Papikyan və Nikol Paşinyan artıq bu barədə razılığa gəliblər və qərar birgə olub".
Məqalədə deyilir ki, bununla Ermənistanın baş naziri iki problemi birdən həll edəcək: o, "ağalarının" Papikyanı işdən çıxarmaq tələbini yerinə yetirəcək, həm də Geğarkunikdəki hərbi hissədə 15 hərbçinin ölümü ilə nəticələnən partlayışdan sonra "yığımış buxarı buraxaraq" narazılığı azaldacaq.
Qeyd edək ki, S.Papikyan 15 noyabr 2021-ci ildən müdafiə naziri postunu tutur və sələfi Arşak Karapetyanı əvəzləyib. Bundan əvvəl Papikyan baş nazirin müavini, ərazi idarəetmə və infrastruktur naziri kimi vəzifələrdə təmsil olunub. Həm də o, hakim "İctimai Müqavilə" Partiyasının idarə heyətinin sədridir və Paşinyana ən yaxın kadrlardan biri hesab olunur.