Modern.az

Ərdoğanın təyyarəsi yaralıları daşıyır - VİDEO

Ərdoğanın təyyarəsi yaralıları daşıyır - VİDEO

Dünya

10 Fevral 2023, 11:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadəsində olan təyyarə zəlzələ bölgəsindən yaralıların daşınması işlərinə cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasına məxsus "TUR" təyyarəsi ilə zəlzələ bölgəsindən 14 yaralının paytaxt Ankaraya nəql olunması həyata keçirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər