Modern.az

İbrahim Kalından Türkiyəyə yardım edən ölkələrə TƏŞƏKKÜR

İbrahim Kalından Türkiyəyə yardım edən ölkələrə TƏŞƏKKÜR

Dünya

10 Fevral 2023, 11:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ölkəsinə zəlzələ ilə bağlı yardım edən dövlətlərə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

 

"Yardım göndərən, çalışan, həyat xilas edən, dəstək olan bütün ölkələrə və qruplarına təşəkkür edirik. Necə Türkiyə hər kəsin yardımına qaçırsa, indi də dünya ölkəmizə yardım üçün səfərbər olur. Bu gün şərqdən qərbə hər yerdə qardaşlıq və həmrəylik günüdür", - deyə Kalın yazıb.

 

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə 725 personalla Azərbaycan liderlik edir. İlk beşlikdə 450 personalla İsrail, 204 personalla Fransa, 201 personalla Hindistan, 200 personalla Şimali Kipr yer alıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər