Modern.az

"Türk Hava Yolları" 27 min insanı təxliyə edəcək - FOTO

Dünya

10 Fevral 2023, 12:50

"Türk Hava Yolları" aviaşirkəti Türkiyənin zəlzələ baş verən bölgəsindən 27 minə yaxın insanı təxliyə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, hava yolu ilə ümumilikdə 150 aviareys üzrə 26 699 nəfər zəlzələ bölgəsindən çıxarılacaq. 6-10 fevral tarixləri arasında gerçəkləşdirilən aviareyslərin ümumi sayı 709-a çatacaq ki, nəticədə 125 957 insan təxliyə edilmiş olacaq.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

 

Vilayətlər üzrə təxliyəsi planlaşdırılan aviareys və sərnişin sayı aşağıdakı infoqrafikada göstərilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər