Modern.az

Rusiya raketləri Rumıniya yox, Moldova səmasına daxil olub - YENİLƏNİB

Rusiya raketləri Rumıniya yox, Moldova səmasına daxil olub - YENİLƏNİB

Dünya

10 Fevral 2023, 15:22

"Rusiya raketləri Rumıniya hava məkanına daxil olmayıb".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hava müşahidə sistemi raketlərin Moldovanın hava məkanını keçdiyini qeydə alıb. Lakin raketlər Rumıniya ərazisinə çatmayıb və sərhəddən 35 kilometr şimal-şərqdə aşkarlanıb.

 

Qeyd edək ki, Kişinyovdakı Rusiya səfiri hava məkanının pozulması ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

 

***

13:07

 

Bu gün Rusiya tərəfindən Ukraynaya atılan raketlər Moldova və Rumıniya səmasına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə "RBK Ukraine" məlumat yayıb.

 

Xatırladaq ki, Rumıniya NATO üzvüdür. Hələlik hərbi alyansdan bu barədə rəsmi açıqlama verilməyib.

Bu xəbər ilə bağlı
Ukraynada partlayış səsləri eşidilir - Raket zərbələri...
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər