Modern.az

“Binalar çökürsə, deməli, ortada hiylə var” – Məşhur ilahiyyatçı

“Binalar çökürsə, deməli, ortada hiylə var” – Məşhur ilahiyyatçı

Dünya

10 Fevral 2023, 13:40

Türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu ölkədə baş vermiş zəlzələ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

 

Modern.az xəbər verir ki, məşhur ilahiyyatçı Türkiyədə yaşanan fəlakəti qədərlə əlaqələndirməyin düzgün olmadığını deyib. O, binaların dağılmasında hiylə olduğunu bildirib.

 

"Elm adamlarının, mütəxəssislərin sözü bizim üçün dini əmr kimidir. Bundan sonrakı dönəmdə mütəxəssisləri dinləyəcəyik. Keçmişdə mütəxəssislərə qulaq asmadığımız üçün fəlakətlə üzləşmişiksə, bunu qədərin üzərinə yıxa bilmərik. Qədər bu deyil. Qədər ağıllı düşünüb, tədbir almaqdır. Peyğəmbərimiz də deyib ki, "ağıldan böyük tədbir yoxdur". Bu, bizim qədər anlayışımızda var. Biz bütün tədbirləri aldıqdan sonra nəsə baş versə, əlbəttə, ediləcək heç nə yoxdur. Bir ilin binaları uçur. Demək ki, ortada hiylə var", - N.Hatipoğlu deyib.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər