Modern.az

Putinsiz daha yaxşı olacaq? - Zaxarova cavab verdi

Putinsiz daha yaxşı olacaq? - Zaxarova cavab verdi

Dünya

10 Fevral 2023, 14:20

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Almaniya müdafiə nazirinin Rusiya prezidenti Vladimir Putin haqqında fikirlərinə münasibət bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Zaxarova Putinlə bağlı deyilənlərin qəbuledilməz olduğunu söyləyib.

 

"Almaniyanın müdafiə naziri Boris Pistoriusun Rusiya prezidenti Vladimir Putin olmadan dünyanın yaxşı yer olacağı ilə bağlı bəyanatı qətiyyən qəbuledilməzdir", - deyə Zaxarova Berlinə cavabında bildirib.

 

Qeyd edək ki, B.Pistorius bir neçə gün öncə Ukraynada sülh perspektivlərini qiymətləndirərkən bunun Putinsiz daha yaxşı olacağını bəyan etmişdi.

Bu xəbər ilə bağlı
Putinsiz sülh daha yaxşı olardı - Almaniyalı nazir
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər