Modern.az

Putin Federal Məclisə müraciət edəcək

Putin Federal Məclisə müraciət edəcək

Dünya

10 Fevral 2023, 14:32

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətini elan edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Putin parlamentə göndərdiyi mesajda mövcud vəziyyətə diqqət yetirəcək. Vətəndaşlarla birbaşa təmaslar da olacaq, lakin onun keçirilmə vaxtı hələ müəyyən edilməyib. Kreml prezidentin mesajı üçün xarici jurnalistləri akkreditasiya edib-etməyəcəyinə hələ qərar verməyib. Onu da deyim ki, yaxın vaxtlarda Putinin yeni Xarici Siyasət Konsepsiyasını təsdiq etməsi gözlənilir”, - deyə Rusiya rəsmisi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər