"Rusiya Sünik vilayətində (Zəngəzur - red.) konsulluğun açılması məsələsi ilə bağlı Ermənistana müraciət etməyib".
Modern.az xəbər verir ki, bu barədə Ermənistandakı Rusiya səfirliyinin mətbuat xidmətindən "Sputnik Armenia"ya məlumat verilib.
Bildirilib ki, səfirlik vasitəsilə Ermənistan tərəfinə heç bir müraciət daxil olmayıb.
Daha əvvəl "Joğovurd" qəzeti İranın Qafanda baş konsulluğunun açılmasından sonra Rusiya səfirliyi tərəfindən də analoji arzunun ifadə edildiyini yazmışdı. Qəzet Ermənistan Xarici İşlər Nazirliyinə aydınlıq gətirmək üçün sorğu göndərib və cavab verilib ki, Ermənistan Rusiyadan heç bir rəsmi təklif almayıb.