"Rumıniya hava məkanından keçən Rusiya raketləri ilə bağlı suallar Müdafiə Nazirliyinə ünvanlanmalıdır".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya atılan raketlərin NATO hava məkanına daxil olması ilə bağlı suala cavabında deyib.
"Kremlin "Rusiyanın Moldovada sabitliyi pozmaq planı"ndan xəbəri yoxdur", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Rusiya tərəfindən Ukraynaya atılan raketlər Moldova və Rumıniya səmasına daxil olub.