Modern.az

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qaldı

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qaldı

Dünya

10 Fevral 2023, 14:54

Rusiya-Gürcüstan sərhədindən keçən Hərbi Gürcüstan (Yuxarı Lars) yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Ermənistana aid mindən çox yük maşını Gürcüstandan Rusiyaya və əks istiqamətdə hərəkət etməyi gözləyir.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi bazar ertəsindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil.

 

Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər