Modern.az

Rusiya Qafqazdan çıxmayacaq - Səfir İrəvandan bəyan etdi

Rusiya Qafqazdan çıxmayacaq - Səfir İrəvandan bəyan etdi

Dünya

10 Fevral 2023, 15:16

"Rusiyanın Cənubi Qafqaz regionundan çıxacağından söhbət gedə bilməz".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistandakı Rusiya səfiri Sergey Kopırkin deyib.

 

"Bu, həyati əhəmiyyətli regiondur və Rusiya faktiki olaraq onun bir hissəsidir. Rusiya Federasiyasının Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var, Rusiya tərəfi də bundan imtina etmək niyyətində deyil və bunları unuda bilməz. Buna görə də Rusiya Federasiyasının geri çəkilməsinə dair xəyali planlar haqqında hər hansı belə bir söhbət məhz spekulyasiyadır. Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün Ermənistanın sərhədyanı rayonlarının və Qarabağın sakinləri ilə ünsiyyət qurmaq lazımdır. Siyasi spekulyasiyalar var, amma real həyat başqa cürdür", - deyə səfir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər