Modern.az

Zəlzələdə ölən 16 voleybolçunun cəsədi tapılıb

Zəlzələdə ölən 16 voleybolçunun cəsədi tapılıb

Dünya

10 Fevral 2023, 16:40

Türkiyə Voleybol Federasiyası (TVF) Adıyamanda baş vermiş zəlzələ nəticəsində otelin dağıntıları altında qalmış Şimali Kipr voleybol komandasından 16 nəfərin öldüyünü açıqlayıb.

 

Modern.az xəbər verir ki, TVF-nin açıqlamasında “Adıyamanda otelin dağıntıları altından tapılan Şimali Kipr Voleybol Komandasının 16 üzvünün həyatını itirdiyini dərin hüznlə öyrəndik”,- deyə bildirilib.

Şimali Kiprin Baş Nazirliyi də Adıyamanda voleybol komandasının heyətində olan 16 nəfərin cansız bədəninin çıxarıldığını açıqlayıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər