Özbəkistanda 99 yaşlı qadın pensiyasını Türkiyədə zəlzələdən zərər çəkənlər üçün ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı yazıb.
Belə ki, 99 yaşlı Züleyxa İsmayılova pensiyasını Türkiyəyə ianə edib. O, Türkiyə ilə bağlı videomüraciət də hazırlayıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 991 nəfər həyatını itirib, 75 523 nəfər isə yaralanıb.
Ətraflı videoda: