Modern.az

Blinkenin köməkçisi Mirzoyanla Laçın yolunu müzakirə etdi 

Blinkenin köməkçisi Mirzoyanla Laçın yolunu müzakirə etdi 

Dünya

10 Fevral 2023, 22:11

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.

 

Bundan əlavə, tərəflər regional təhlükəsizlik məsələlərinə toxunub, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, bundan əvvəl Donfrid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər