Modern.az

Ukraynada 6 PUA vuruldu, 2-si İranındır

Ukraynada 6 PUA vuruldu, 2-si İranındır

11 Fevral 2023, 00:51

Fevralın 10-da Rusiya ordusu Ukraynaya kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə RBC agentliyi Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri düşmənə məxsus 6 PUA-nı zərərsizləşdirib.

 

"Odessa vilayətində dəniz üzərində iki kamikadze pilotsuz uçan aparat vurulub. Üç PUA Nikolayev vilayətinə yaxınlaşarkən məhv edilib. Təəssüf ki, onlardan biri Kryvorizka istiqamətində enerji infrastrukturu obyektinə dəyib, digəri isə vurulub" - açıqlamada deyilir.

 

Vurulan PUA-lardan ikisinin İran istehsalı olduğu bildirilir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?