Modern.az

Ancelina Colidən Türkiyə və Suriya ilə bağlı ÇAĞIRIŞ

Ancelina Colidən Türkiyə və Suriya ilə bağlı ÇAĞIRIŞ

Dünya

12 Fevral 2023, 01:27

Dünya şöhrətli amerikalı aktrisa Ancelina Coli Türkiyə və Suriyaya yardım çağırışı edib.

 

Modern.az xəbər verir ki, o, instaqram hesabında Suriyada axtarış-xilasetmə işləri aparan işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” yazıb.

 

Paylaşımda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən kadr da yer alıb.

 

“Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, - deyə məşhur aktrisa qeyd edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər