Modern.az

BMT-də Ukraynaya hücumla bağlı qətnamə səsə qoyulacaq

BMT-də Ukraynaya hücumla bağlı qətnamə səsə qoyulacaq

12 Fevral 2023, 09:46

BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya hücumunun ildönümündə qətnamə səsverməyə çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı mənbələrinə istinadən məlumat yayıb.

 

Sənəd Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formuluna əsaslanacaq. Qətnaməyə baxılması fevralın 23-nə təyin edilib.

 

BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı iclasında ABŞ-ın dövlət katibi Antoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel, eləcə də bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər