Modern.az

Birlik olmasa, müstəqillik itiriləcək - Zelenski

Birlik olmasa, müstəqillik itiriləcək - Zelenski

Dünya

12 Fevral 2023, 13:47

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin apardığı mübarizədən söz açıb.

 

Modern.az xəbər verir ki, o, "Telegram" kanalında bu barədə yazıb.

 

"Mübarizəni dayandırmasaq, gec-tez vahid və müstəqil dövlət bərpa olunacaq", - deyə Zelenski qeyd edib.

 

"Həqiqi birlik əldə olunmasa, müstəqillik itiriləcək", - Ukrayna prezidenti əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər