Modern.az

Stoltenberqin səlahiyyət müddəti 1 il uzadıldı

Stoltenberqin səlahiyyət müddəti 1 il uzadıldı

Dünya

12 Fevral 2023, 14:36

NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti qeyri-rəsmi olaraq daha bir il uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri yazıb. 

 

Bildirilib ki, 35 ölkə bununla bağlı razılığa gəlib. Qeyd olunub ki, Stoltenberq xüsusilə Ukraynadakı müharibə fonunda NATO üçün önəm daşıyan nailiyyətlər əldə edib.

 

Nəşrin mənbələri Stoltenberqin postda saxlanmasının alyansa çətin anlarda sabitlik gətirəcəyini deyib. Buna baxmayaraq, baş katibin sözçüsü onun bu ilin payızında vəzifəsini tərk etməyə hazırlaşdığı barədə məlumat verib.

 

Qeyd edək ki, Stoltenberq 9 ilə yaxındır NATO-nun baş katibidir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər