Modern.az

Zəlzələ bölgəsində məktəblər bu tarixədək açılmayacaq

Zəlzələ bölgəsində məktəblər bu tarixədək açılmayacaq

Dünya

12 Fevral 2023, 15:36

Türkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib.

 

"Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər