Türkiyənin Antakya vilayətində yerləşən Hatay hava limanında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılıb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan təmir-bərpa işləri nəticəsində aeroport uçuşlar üçün tam hazırdır və işlək vəziyyətə gətirilib.
Qeyd edək ki, Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı tamamilə dağılmışdı. Bu, bölgəyə hava yolu ilə yardımların daşınmasında və xilasedicilərin cəlb olunmasında çətinliklər yaradırdı.