Modern.az

Anadolunun ilk məscidi zəlzələdə dağılıb - VİDEO

Anadolunun ilk məscidi zəlzələdə dağılıb - VİDEO

12 Fevral 2023, 18:40

Türkiyədə baş vermiş zəlzələ nəticəsində Hatayda böyük dağıntılar olub.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələ zamanı Anadolunun ilk məscidi hesab olunan, 1400 il əvvəl inşa edilmiş Hataydakı tarixi Həbibi-Nəccar məscidi də dağılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 29 605 nəfər həyatını itirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər