Modern.az

İran gizli yolla Rusiyaya PUA ötürüb 

İran gizli yolla Rusiyaya PUA ötürüb 

Dünya

12 Fevral 2023, 21:44

Rusiya nümayəndə heyətinin noyabr ayında Tehrana səfərindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinə ən azı 18 pilotsuz uçuş aparatı (PUA) təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Rusiyaya 6 ədəd "Mohajer-6", həmçinin 12 ədəd "Şahed-191" və Şahed-129" PUA-ları təqdim edilib.

 

Məlumatda, həmçinin qeyd olunub ki, İran yeni tipli PUA-ların daşınması üçün qayıqlardan və dövlət aviaşirkətindən istifadə edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər