ABŞ-ın Moskvadakı səfirliyi vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Səfirlik Amerika vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyaya getməməyi tövsiyə edib.
Bundan əlavə, ABŞ səfirliyi Rusiyada yaşayan və ya səyahət edənləri dərhal oranı tərk etməyə çağırıb.