Modern.az

Cəbhədəki son vəziyyət: Ukrayna Baş Qərargahı AÇIQLADI

Cəbhədəki son vəziyyət: Ukrayna Baş Qərargahı AÇIQLADI

Dünya

13 Fevral 2023, 09:47

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri rusların cəmləşdiyi ərazilərə 8 hava zərbəsi, eləcə də düşmənin hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə 3 zərbə endirib.

 

Bildirilib ki, həmçinin Ukrayna artilleriyaçıları canlı qüvvənin cəmləşdiyi 10 nöqtəni, 1 hava hücumundan müdafiə mövqeyini və 3 silah-sursat anbarını vurub.

 

Həmçinin raket zərbələrindən də istifadə edildiyi qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər