Modern.az

Münhen Konfransında Çini bu şəxs təmsil edəcək

Münhen Konfransında Çini bu şəxs təmsil edəcək

Dünya

13 Fevral 2023, 12:44

Çinin baş diplomatı Vanq Yi bu ay keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi bu ay Fransa, İtaliya və Macarıstana da səfər edəcək.

 

Qeyd edək ki, 59-cu Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək. Konfransda bir sıra liderlər, o cümlədən ABŞ-ın vitse-prezidenti Kamala Harris iştirak edəcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər