Pakistan vətəndaşı Türkiyə və Suriyada zəlzələnin nəticələrini aradan qaldırmağa kömək məqsədilə 30 milyon dollar ianə edib.
Modern.az Pakistan mətbuatına istinadən xəbər verir ki, o, ianəni Türkiyənin ABŞ-dakı səfirliyinə təqdim edib.
Yardım edən şəxs adının açıqlanmasını istəməyib. Pakistanın Baş naziri Şahbaz Şərif də "Twitter" hesabında adı açıqlanmayan şəxsə təşəkkür edib və onun bu davranışını təqdir edib.