Modern.az

Qardaşının dəfninə gəldi, 7 qohumunu itirdi

Qardaşının dəfninə gəldi, 7 qohumunu itirdi

Dünya

13 Fevral 2023, 16:00

Türkiyədə baş verən zəlzələ zamanı Böyük Britaniyada yaşayan Mehmet və Fatma Meter adında cütlüyün 7 qohumu həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “BBC Türkçə” məlumat yayıb.

 

Cütlük zəlzələnin baş verməsindən cəmi iki gün əvvəl Qaziantep şəhərinə gəlib. Londonun şimalında yaşayan ailənin başçısı Mehmet Meter qardaşının dəfni üçün Türkiyəyə gəldiyini, ancaq zəlzələdə 7 qohumunu itirdiyini bildirib.

 

“Bir gün əvvəl birlikdə nahar etdik. Bir gün sonra bu insanların hamısı öldü”, - deyə Fatma Meter qeyd edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər