Modern.az

178 saat sonra xilas edilən azyaşlı çiyələkli süd istədi - VİDEO

178 saat sonra xilas edilən azyaşlı çiyələkli süd istədi - VİDEO

Dünya

13 Fevral 2023, 16:58

Türkiyənin Adıyaman bölgəsində axtarış-xilasetmə işləri davam edir.

 

Modern.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən 178 saat sonra dağıntılar altından xilas edilən azyaşlının görüntülərini paylaşıb.

 

Adıyamanda 178 saat sonra xilas edilən 6 yaşlı Hivaya ilkin tibbi yardım göstərilib. Azyaşlı tibbi yardım qruplarından çiyələkli süd və şirniyyat istəyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...