Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu Suriya ilə sərhədin açılmasına dair iddialara aydınlıq gətirib.
Modern.az xəbər verir ki, XİN başçısı yayılan məlumatı təkzib edib.
"PKK və YPG-nin nəzarət eydiyi yerlərlə Türkiyə sərhədinin açılması barədə iddialar yalandır. Eyni zamanda Suriyadan çox sayda qaçqının gəldiyinə dair iddia da həqiqəti əks etdirmir”,- nazir deyib.
M.Çavuşoğlu, həmçinin Suriyaya edilən humanitar yardımlardan danışıb:
“Türkiyəyə olduğu kimi, Suriyaya da humanitar yardımlar edilir. Suriyaya gedən təyyarələr üçün hava məkanını aça bilərik. Suriyalılara yardım hər şeydən əvvəl insani vəzifəmizdir”.