Modern.az

Rusiya Baxmut yaxınlığındakı kəndi ələ keçirib - İDDİA

Rusiya Baxmut yaxınlığındakı kəndi ələ keçirib - İDDİA

Dünya

13 Fevral 2023, 17:15

Rusiya Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri yaxınlığındakı Krasnaya Qora kəndinin tutulduğu elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin keçirdiyi gündəlik brifinqdə məlumat verilib.

 

Bildirilib ki, raket qoşunları və artilleriyadan atəş dəstəyi ilə hücum edən könüllülər tərəfindən kənd tutulub. Dünən "Vaqner"in təsisçisi Yevgeni Priqojin də iddia etmişdi ki, onun muzdluları kəndi ələ keçiriblər.

 

Qeyd edək ki, Ukrayna hakimiyyəti hələlik məlumatı şərh etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər