Modern.az

İstanbulda zəlzələ xəbərdarlığı - Seysmoloq həyəcan təbili çaldı

İstanbulda zəlzələ xəbərdarlığı - Seysmoloq həyəcan təbili çaldı

13 Fevral 2023, 17:30

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra İstanbul kimi böyük əhali kütləsinin yaşadığı şəhərdə yaxın vaxtlarda yer silkələnməsinin baş verib-verməyəcəyi müzakirə olunur.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur türkiyəli seysmoloq Naci Görür bu barədə diqqətçəkən fikirlər səsləndirib.

 

"İstanbulda 7 baldan çox zəlzələ olma ehtimalı 80 faizə yüksəlib. İstanbul zəlzələsinin olacağı Maraş zəlzələsi kimi göz qabağındadır. Bu şəhərdə zəlzələ olanda Maraş bölgəsindəki zəlzələdən daha çox ziyan görərik", - deyə tanınmış seysmoloq həyəcan təbili çalışıb.

 

Qeyd edək ki, sonuncu dəfə İstanbulda böyük maqnitudaya malik yeraltı təkan 1999-cu ilin yayında baş verib. Nəticədə 18 minə yaxın insan həyatını itirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər