NATO müdafiə nazirlərinin Ramşteyn formatında keçirilən görüşündə Qafqazdakı proseslər də müzakirə olunacaq.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, əsasən Gürcüstandakı vəziyyət diqqət mərkəzində olacaq.
Bundan əlavə, Ukraynanın müdafiəsi üzrə təmas qrupunun toplantısında Moldova məsələsi, NATO ölkələrinin Ukraynaya hərbi dəstəyinin aspektləri barədə fikir mübadiləsi aparılacağı bildirilib.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da toplantı iştirakçıları arasındadır.