Modern.az

Baxmutun müdafiəsi əks-hücuma kömək edir

Baxmutun müdafiəsi əks-hücuma kömək edir

Dünya

15 Fevral 2023, 10:08

Baxmut şəhərinin müdafiəsinin təşkili əks-hücuma mane olmur, əksinə kömək edir.

 

Modern.az xəbər verir ki, bu barədə ISW-nin təhlilində qeyd olunub.

 

Ekspertlərin rəyinə görə, Qərb Ukraynanın Baxmutu saxlamaq qərarından narahatlıq keçirir və hesab edir ki, Ukrayna qüvvələri eyni vaxtda həm onu müdafiə edə, həm də yaz əks-hücumunu hazırlaya bilməz. Bununla bağlı Ukrayna əks-hücum əməliyyatına üstünlük verməyə çağırılıb.

 

Lakin analitiklər hesab edirlər ki, Qərb bu məsələdə yanılır və Ukrayna Silahlı Qüvvələrinin addımları bir-birini inkar etmir.

 

"Ukraynanın Baxmutun müdafiəsi əhəmiyyətli dərəcədə Rusiya qüvvələrinin zəifləməsinə səbəb oldu və çox güman ki, Ukraynanın gələcək əks-hücumu üçün əlverişli şərait yaradacaq", - deyə təhlil yazısında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər