Modern.az

10-cu günün möcüzəsi: 42 yaşlı qadın sağ qaldı

10-cu günün möcüzəsi: 42 yaşlı qadın sağ qaldı

Dünya

15 Fevral 2023, 11:28

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan daha bir nəfər xilas edilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, zəlzələnin 222-ci saatında 42 yaşlı qadın yaşayış binasının dağıntıları altından sağ çıxarılıb.

 

Zəlzələnin 10-cu günündə sağ qalan Melike İmamoğluya ilkin tibbi yardım göstərilib və təcili yardımla xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər