Modern.az

6 min şagird zəlzələ bölgəsindən başqa regionlara köçürülüb

6 min şagird zəlzələ bölgəsindən başqa regionlara köçürülüb

Dünya

15 Fevral 2023, 12:54

Türkiyədə baş verən zəlzələ təhsil sahəsində də ciddi əngəllər yaradıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Mahmut Özer danışıb.

 

Onun sözlərinə görə, bölgədə ümumilikdə 3 784 411 şagird var ki, bunlardan 5 836 nəfəri başqa regionlarda yerləşən məktəblərə köçürülüb.

 

Nazir qeyd edib ki, həftə sonuna qədər digər şagirdlərin taleyi ilə bağlı məsələ də həll olunacaq və zəlzələ bölgəsində məktəblərin hansı yerlərdə açılacağı ilə bağlı hazırlıq işləri başa çatmış olacaq.

 

"Tezliklə ictimaiyyətə bu barədə məlumat veriləcəkdir", - deyə bildirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər