2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 19% azalaraq 3 289.53 milyon ABŞ dolları olub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin( DGK) açıqladığı statistikada bildirillib.
Azərbaycanın ixracı yanvar ayında 39,2% azalaraq 1 876.84 milyon dollar, idxalı isə 45,4% artaraq 1 412.69 milyon dollar təşkil edib.
Xarici ticarətdə müsbət saldo isə 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.
2023 yanvar göstəriciləri
2022-ci il yanvar göstəriciləri