Modern.az

Ankara və İrəvanın atdığı addımlar normallaşmaya müsbət təsir edəcək - Kılıç

Ankara və İrəvanın atdığı addımlar normallaşmaya müsbət təsir edəcək - Kılıç

Dünya

15 Fevral 2023, 16:16

"Ermənistan və Türkiyə sərhəddəki körpünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "Armenpress"ə müsahibəsində bildirib.

 

"Tərəflərin son zamanlar atdığı addımlar tezliklə münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək. Ermənistan və Türkiyə bu gün üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. Ankara zəlzələdən sonra Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Ağrı insanları bir araya gətirə bilər. Biz mühüm proseslərdən keçirik", - deyə o əlavə edib.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər